Dr. Kubilay Yücel

SkinDNA

Instagram




Facebook




SkinDNA™ Nədir?

SkinDNA ™, dərimizin genetik baxımdan güclü və zəif tərəflərini təyin etmək üçün DNA-nın bənzərsiz gücündən istifadə edən DNA əsaslı bir laboratoriya testidir. Bu hesabat nəticəsində, hansı məhsulların və peşəkar müalicələrin şəxsin genetik xüsusiyyətlərinə uyğun olduğunu təyin etmək imkanımız var. SkinDNA testi ilə dəriyə qulluqda çox önəmli şeylər etmək mümkündür.

Hesabatda necə məlumatlar vardır?

SkinDNA ™ Genetik Testindən sonra xüsusi olaraq son istifadəçi üçün elmi bir hesabat hazırlanır. Dermatologiyada dərinin yaşlanması beş faktordan asılıdır. Şəxsin hər bir kateqoriyadakı risk profili hesabata daxil edilir. Əlavə olaraq, genetik quruluşuna uyğun olan aktiv maddələr və hansı peşəkar müalicə üsullarının şəxs üçün daha uyğun olduğu haqqında məlumat verilir.

Test necə edilir?

Test etmək çox sadədir; yanağın iç tərəfindən tüpürcək nümunəsi götürürük. SkinDNA-nın akkreditə olunmuş laboratoriyasında analiz edilir. Analiz nəticələrini 15 gün ərzində alırıq və nəticələrini xəstələrimizlə birlikdə şərh edirik.

Nəticələr nə qədər etibarlıdır?

Prosedurun elmi etibarlılığı demək olar ki, 99.96%-dir. Genləriniz dərinizin taleyində böyük rol oynayır.

Gəlin Sizə Zəng Edək
Göndər