Dəri Doldurucu
Dolğu (Qırışların və Xətlərin Doldurularaq Aradan Qaldırılması)
Heyvan mənşəli olmayan hialuron turşusuna əsaslanan bir üsuldur.
Qırışlar necə yaranır?
Hialuron turşusu normal olaraq gənc insanların dərisində olan və dəriyə parlaqlıq və canlılıq verən bir maddə olub yaşlanma səbəbindən dəridə azalır və nəticədə dəridə qırışlar artır.
Qırış müalicəsi:
Dolğu maddələrinin tərkibində hialuron turşusu var. Dolğu maddəsini dəriyə və ya dodaqlara inyeksiya etməklə həyata keçirilir. Proses maksimum 30 dəqiqə ərzində tamamlanır və nəticə dərhal görünür.
Hansı bölgələrə tətbiq oluna bilər?
- Çox dərin xətlərdə,
- Burundan dodağa qədər uzanan qırışlar,
- Dodaq üzərindəki qırışlar,
- Gülüş xətlərinin aradan qaldırılmasında
- Dodaq qalınlaşdırılmasında,
- Dodaq konturlarının aydınlaşdırılmasında tətbiq olunur.
Təsiri nə qədər müddət çəkir?
Müalicənin təsirinin nə qədər davam edəcəyi insandan insana dəyişir. 6 ay ilə 5 il arasında dəyişən təsirli dolğu maddələrindən istifadə olunur.
Yan təsirləri nələrdir?
Qırışları hamarlayarkən ağrının qarşısını almaq üçün ümumiyyətlə heç bir xüsusi şey edilməsinə ehtiyac yoxdur. Müalicədən dərhal sonra prosedürün tətbiq olunduğu sahə qırmızı və şiş ola bilər.