Dr. Kubilay Yücel

Alexandrite Lazer Epilyasiyası

Instagram




Facebook




Lazer Epilyasiya Sistemləri

Hazırda qalıcı epilyasiya məqsədilə tətbiq olunan 4 növ lazer cihaz sistemi mövcuddur. Bu sistemlər Alexandrite, Nd: YAG, Diode və Ruby Laser sistemləridir.

Təxmini olaraq Ruby lazerlərinin dalğa uzunluğu 694nm, Aleksandrit lazerlərin 755nm, Nd: YAG lazerlərin 1064nm, Diode lazerlərin 810nm-dir.

Alexandrite Lazer Epilyasiyası

Alexandrite Lazer Epilyasiya proseduru dəri tonu açıq və açığa yaxın olan insanlar üçün uyğundur. Lazer epilyasiya prosedurları arasında seans müddəti baxımından ən sürətlisidir. Tünd dəri tonuna malik olmayan, lakin tünd tükləri olan insanlara da tətbiq oluna bilər. Tünd dəri tonu üçün tövsiyə edilmir.

Nd:YAG Lazer Epilyasiyası

Tünd dəri tonlarında tətbiq edilmək üçün uyğundur.

Diode Lazer Epilyasiyası

Digər lazer sistemlərindən fərqli olaraq dərinin daha dərin qatlarına nüfuz edir. Xüsusilə tünd dəri tipləri üçün tətbiq olunur. Əldə edilən nəticələrə görə, açıq dərilərə və tüklərə sahib olanlara tətbiq edilməsi məsləhət görülmür.

Lazer Epilyasiyası Tamamilə Etibarlıdırmı?

Lisenziyalı həkimlər tərəfindən edilən lazer epilyasiya prosedurunun etibarlılığı FDA tərəfindən təsdiq edilmişdir. Kanserogen deyil. Texnoloji cəhətdən ixtisaslı və təsdiq edilmiş cihazlarla mütəxəssis həkimlər tərəfindən edilən prosedurlar daha az ağrılı olacaq və mümkün müvəqqəti qızartıdan başqa heç bir yan təsir göstərməyəcək.

Bir Seans Nə Qədər Çəkir?

Lazer Epilyasiyasının bir seansı tətbiq olunacaq sahədən asılı olaraq 10 ilə 90 dəqiqə arasında davam edir.

Neçə Seans Etdirməliyəm?

Qalıcı nəticələr adətən 3 - 8 seans arasında alınır.

Lazer Epilyasıyası Ağrılıdırmı?

Tətbiq zamanı ağrının hiss olunmadığını söyləmək mümkün deyil. Ağrının dərəcəsi tətbiq edəcək şəxsin təcrübəsindən, tətbiq sahəsindən və cihaz xüsusiyyətlərindən asılıdır.

Lazer Epilyasiyası Kişilər Üçün Uyğundurmu?

Bəli. Hazırda kişilər də qalıcı nəticələr üçün lazer epilyasiyasına üstünlük verirlər.

Kimlərə Tətbiq Oluna Bilməz?

Lazer epilyasiyası, lazer ilə qarşılıqlı əks təsir göstərə biləcək dərmanlar istifadə edən insanlara, 12 yaşın altındakılara və hamilə qadınlara tətbiq edilməməlidir.

Lazer epilyasiyasından əvvəl xəbərdarlıqlar

Prosedurun ediləcəyi yerdə, ən az 10 gün, ideal olaraq isə 20 gün əvvəldən balmumu (lipuçka), maqqaş və buna bənzər tük köklərinə zərər verən üsullardan istifadə etməməli. Lazer epilyasiyasından əvvəl, günəşdən qaralmış, solyari almış və ya həddindən artıq günəş işığına məruz qalan bir dəriyə prosedur mənfi təsir edir. Tətbiq sahəsi ən az 24 saat əvvəl təraş edilə bilər.

Gəlin Sizə Zəng Edək
Göndər