İplə Üz Gərmə
İplə üz gərmə proseduru necə bir prosedurdur?
İplə üz gərmə proseduru bir növ cavanlaşdırma prosedurudur.
İplə üz gərmə müalicəsi hansı hallarda tətbiq edilə bilər?
- İplə üz gərmə prosedurları,
- Dəridə sallanma,
- Qırışlar,
- Elastin itkisi,
- Çənə xətti və üz xətlərinin sallaqlıq səbəbindən aydınlığını itirməsi
- Dərinin aşağı düşməsi kimi hallarda tətbiq olunur.
İplə üz gərmə proseduru necə tətbiq olunur?
İplə üzün qaldırılma müalicəsi xüsusi olaraq hazırlanmış cərrahi iplərlə tətbiq olunur.
Prosedur Mərhələsi: Müalicə olunacaq bölgəyə lokal anesteziya kremi sürülür və təsirinin olması gözlənilir. Prosedur anesteziyanın təsiri başladıqdan sonra başlayır.
Gərmə və asma funksiyasını yerinə yetirəcək müxtəlif xüsusiyyətlərə malik iplər, həkimin uyğun gördüyü nöqtələrdə kanulların köməyi ilə yerləşdirilir. Bütün iplərin lazımi nöqtələrdə yerləşdirilməsi tamamlandıqdan sonra, yavaş-yavaş bütün iplər sırayla dəri altına kanulların içindən göndərilir. Bütün iplər yerləşdirildikdən sonra dəriyə sakitləşdirici kremlər çəkilir və iplə gərmə müalicəsi başa çatır.
İplə Üz Gərmə Prosedurları Nə Vaxt Təsirini Göstərir?
İplə üz gərmə, v lift müalicəsi, prosedürün həyata keçirildiyi iplərin dəri altına yerləşdirildiyi andan etibarən təsirini göstərir. Bir seansda tətbiq olunan iplə üz qaldırma müalicəsinin sonunda daha gənc bir görünüş əldə edə bilərsiniz.