Prp (Platelet Rich Plasma) Müalicəsi
Prp (Platelet Rich Plasma) Müalicəsi
Bu prosedur, bir şəxsdən alınan az miqdarda qanın xüsusi bir boruya qoyularaq mərkəzdənqaçma prosesinə tabe tutulduqdan sonra tərkib hissələrinə ayrılması və əldə edilən az miqdarda ‘trombositlə zənginləşdirilmiş plazma’nın (PRP) eyni şəxsə inyeksiya yolu ilə geri verilməsinə əsaslanır.
Prosedur hansı yollarla tətbiq edilir?
PRP prosedurlarının çoxu həkimlər tərəfindən RegenLab olaraq bilinən biotexnologiya şirkəti tərəfindən istehsal edilən tətbiq dəstləri vasitəsi ilə edilir. Estetik tibbdə PRP üz, boyun, dekolte bölgəsi, əllər, ayaq içləri, qollar kimi bədən hissələrində;
- Lazer / peeling kimi prosedurlardan dərhal sonra dərinin sürətli şəkildə özünə gəlməsini təmin etmək,
- Dəridə illərin və UV şüalarına məruz qalmanın nəticələrini bərpa edəcək şəkildə qırışların düzəldilməsini, çöküntülərin aradan qaldırılmasını, elastikliyin və parlaqlığın bərpasını təmin etmək,
- Sağalması uzun müddət alan yaraların, çatların və dərinin keyfiyyətinin zədələndiyi halların nəzarətini təmin etmək,
- Saç tökülməsində tək istifadə etmək və ya digər müalicə üsullarının təsirini gücləndirmək üçün ...
… kimi məqsədlər üçün və yuxarıda göstərilən sahələrdən başqa bir çox sahədə uğurla tətbiq olunur.
(PRP) prosedurunun məqsədi nədir?
Plateletleər – və ya başqa adıyla desək trombositlər – bədənimizdəki zədələnmiş toxumaların bərpası və təbii vəziyyətinə qaytarılması üçün lazım olan ‘böyümə faktorlarını’ ehtiva edən qan komponentləridir.
PRP proseduru bir növ kök hüceyrə müalicəsidirmi?
PRP prosedurunda trombositlər zədələnmiş toxumaların bərpasını başlatan və stimullaşdıran bir faktor olaraq istifadə olunur və bu iki prosedur bir-birindən bu mənada fərqlənir.
Bu müalicəni tətbiq etmək nə qədər çəkir? Xüsusi şərtlər tələb olunurmu?
Ümumilikdə təxminən 30 dəqiqəlik bir tətbiqdir. Asanlıqla ağrısız şəkildə tətbiq olunur.
Tam effekt əldə etmək üçün neçə prosedur tələb olunur?
Tam təsir, cəmi 3 və ya 4 prosedurdan, yəni bir müalicə bitdikdən sonra qalıcı bir parıltı, bərpa şəklində görünür.
PRP prosedurunun ən vacib üstünlüyü nədir?
Təmin edilən cavanlaşdırıcı təsir yalnız dolğu və bənzər prosedurlar nəticəsində əldə edilən təsirlər kimi müəyyən sahələrdə cəmlənmir, həm də dərinin daha böyük bir hissəsinə yayılır və daha qalıcıdır.