Lazerlə Kapilyar Damar Varikozunun Müalicəsi
Varikoz nədir? Səbəbləri nələrdir?
Varikoz sadəcə qeyri-adi formada genişlənmiş, qalınlaşmış damarlara deyilir deyə bilərik. Varikoz termini ümumiyyətlə ayaqlarda və ombada əmələ gələn varikoz damarları üçün istifadə olunur, ancaq varikoz damarları bədənin digər yerlərində də (üz çevrəsi, burun, yanaqlar və s.) görülə bilər. Yaranmasında genetik faktorlar böyük rol oynayır.
Lazerlə Kapilyar damar varikozunun müalicəsi
Kapilyar damarların varikozunun lazerlə müalicəsində cərrahi və iynə üsullarından fərqli olaraq gündəlik həyatda hər hansı bir problemə səbəb olmadan qısa müddətdə qalıcı nəticələr əldə edilə bilər.
Prosedur neçə seansdan ibarətdir? Bir Seans nə qədər çəkir?
Lazerlə varikoz müalicəsində, adətən 1-6 seans arasında nəticə əldə edilir, lakin bu mövzu hər seansdan əvvəl və sonra həkiminiz tərəfindən qiymətləndirilərək qərarlaşdırılmalıdır. Seans müddəti isə orta hesabla 5-30 dəqiqə arasında dəyişə bilər.